AZ

Məhkəmə Zamin Salayevlə bağlı qərar çıxardı

Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon şöbəsinin sədri Zamin Salayevin barəsindəki hökmdən verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Zamin Salayev 2023-cü il fevralın 7-də saxlanılıb, onu barəsində xuliqanlıq maddaəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə Zamin Salayev 4 il həbs cəzasına məhkum edib.

 

Kamal Məmmədov

Tarix: 21 İyun 2024, 10:43   
Seçilən
69
27
pravda.az

10Mənbələr