AZ

Təbiətin vurduğu ziyan kompensasiya olunur

Bu ilin yanvar-may aylarında aqrar sahəyə dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna müraciətlərin sayı 800-ü keçib. Fonddan verilən məlumata görə, müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi may ayında qeydə alınıb. 

Müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə aiddir. Ümumilikdə, müraciətlər 40-a yaxın rayondan qəbul edilib. Bunlara Qazax, Şəki, Qobustan, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Zaqatala, Qax, Beyləqan, Bərdə, Goranboy, İsmayıllı 
və s. rayonlar aiddir. Ötən ilin eyni dövründə sığorta hadisələri ilə bağlı müraciətlər, təqribən, 26 rayondan daxil olmuşdu.

Qeyd edək ki, əkin sahəsinə zərərlə bağlı müraciətlər fondun sığorta təminatı verdiyi bitki məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır. Onu da qeyd edək ki, ötən il ümumi müraciətlərin 80 faizi taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il isə onların yarısı bağçılıq və digər bitkiçilik əkinləri üzrədir.

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
xalqqazeti.az

1Mənbələr