AZ

Meksikada anomal istilər: 155 nəfər ölüb

Meksikada havanın həddindən artıq isti olması nəticəsində ölənlərin sayı 155-ə çatıb. 

Bakıvaxtı.az "CNN"ə istinadn xəbər verir ki, bununla bağlı Səhiyyə Katibliyi məlumat yayıb.

Məlumata görə, Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında hava temperaturunu 45 dərəcəni keçib. Günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfər müraciət edib. Anomal istilər insan ölümü ilə yanaşı, bəndlərdəki suyun səviyyəsinin azalmasına da səbəb olub.

Qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi gözlənilir.

Milli Meteorologiya Xidməti xroniki xəstələrin müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
bakivaxti.az

1Mənbələr