AZ

Yeyskdə hərbi aerodrom yanır...

İyunun 21-nə keçən gecə Krasnodar vilayəti Ukraynaya məxsus pilotsuz təyyarələrin kütləvi hücumuna məruz qalıb. Regionun qubernatoru Veniamin Kondratyevin dediyinə görə,mülki infrastruktur obyektləri xeyli zərər çəkib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Krasnodarda “Yujnı” avtovağzalının yanındakı qazanxanaya,Severski rayonundakı neft emalı zavodunun ərazisindəkiinzibati binalara xeyli ziyan dəyib.

Qeyd edək ki,Kondratyev teleqram kanalında bunları etiraf edib.

Regional operativ qərargahdan verilən məlumata görə, pilotsuz təyyarələrdən biri İlski Neft Emalı Zavodunun ərazisinə düşüb.

...Kommunal strukturlara ziyan dəyib. 50 kvadratmetr sahədə yanğın olub. İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Bu, əməliyyat qərargahından bildirilib.

Baza teleqram kanalı yazır ki, pilotsuz təyyarələr Krasnodar diyarının Temryuk, Yeisk və Severski rayonlarında da vurulub. Afipski neft emalı zavodunun yerləşdiyi Afipski rayonunda bir neçə pilotsuz təyyarə vurulub.

...İyunun 21-nə keçən gecə pilotsuz təyyarələrAdıgey Respublikasına da hücum edib.

Bu barədə isəASTRA məlumat yayıb.

Bildirilir ki, PUA-lar hərbi aerodromun yerləşdiyi Yeysk şəhərinə hücum edib. Pilotsuz təyyarənin hücumundan sonra şəhərdə yanğın baş verib. Haz;rda Yeyskdə hərbi aerodromun yandığı deyilir.

Bundan əlavə, jurnalistlərin qeyd etdiyi kimi, Adıgeyin Yablonovski kəndində partlayış səsləri eşidilib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
sia.az

1Mənbələr