Belarusda hərbi hissələrin və birliklərinin döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoxlamalara raket, artilleriya, hava qüvvələri və hava hücumundan müdafiə qüvvələri cəlb edilib.