AZ

Açılmamış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq MÜDDƏTLƏRİ

Açılmamış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq müddətləri cinayət açılanadək bir neçə dəfə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən uzadıla bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət açıldıqdan sonra iş üzrə ibtidai istintaq müddətləri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə yalnız bir dəfə uzadıla bilər. Cinayətin törədilməsində iştirakı müəyyən olunmuş şəxsin obyektiv səbəblərə görə cinayət məsuliyyətinə cəlb olunmadığı halda da ibtidai istintaq müddətləri ittiham aktında həmin şəxsə qarşı ittiham irəli sürülənədək Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin tələblərinə riayət etməklə uzadıla bilər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
heftelik.az

1Mənbələr