AZ

Ukrayna Krasnodar vilayətinə PUA-larla hucum edib –Dağıntı və yanğınlar var

Ukrayna Rusiyanın Krasnodar vilayətinə kütləvi PUA hucumu təşkil edib.

Azpost.info bildirir ki, Krasnodar vilayətinin səlahiyyətliləri regionun ən azı üç ərazisinə  Ukraynaya məxsus PUA-ların kütləvi hücumuna qarşı mübarizə aparıldığını təsdiqləyib.

Krasnodar vilayətinin operativ qərargahından verilən məlumatda bildirilir ki, Yeisk, Temryuk və Severski rayonları pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Əməliyyat qərargahı bütün hücumların dəf edildiyini iddia edir.

Bəzi Rusiya teleqram kanalları yerli sakinlərin məlumatlarına əsaslanaraq bunun əksini təklif edir. Onların məlumatına görə, Yeiskdə hərbi aerodrom ərazisində yanğın baş verib.

Dünən gecə PUA -nın neft emalı zavoduna hücum etdiyi Afipski kəndində indi, təsdiqlənməmiş məlumatlara görə, elektrik stansiyası hücuma məruz qalıb.

Krasnodar diyarında dronun neft anbarına zərbə vurduğu iddia edilir. Daha dəqiq məlumat, təsdiq və təkzib yoxdur.

Bundan əlavə, ASTRA teleqram kanalı iddia edir ki, Novorossiysk və hətta Volqoqrad sakinləri partlayış səslərini eşidə bilirlər. Yenə də heç bir təsdiq və ya təkzib yoxdur. Eyni zamanda, kanalların məlumatına görə, hucum hələ bitməyib: Azov dənizi üzərindən yeni pilotsuz təyyarələr uçur.

Rusiya Müdafiə Nazirliyi bir gecədə Rusiyanın müxtəlif bölgələri üzərində 114 Ukrayna pilotsuz təyyarəsinin ələ keçirildiyini, Qara dənizdə isə altı pilotsuz katerin məhv edildiyini iddia edir. Nazirlik vurulmayan pilotsuz təyyarələr və reydlərin ümumi nəticələri barədə məlumat verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
azpost.info

1Mənbələr