AZ

Fransa Azərbaycana qarşı geri addım atmır - Növbəti məkrli plan...

Fransa Senatının Tədqiqat Komissiyası hökumətə enerji nəhəngi “Total Energies”in fəaliyyəti ilə bağlı hesabatda, xüsusilə, bu şirkətə Azərbaycanın neft-qaz sektoruna investisiya qoymağı dayandırmağı tövsiyə edib. Fransa niyə Azərbaycana qarşı məkrli planlarından əl çəkmir?

Bu barədə Ednews-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirdi ki, “Total Energies” şirkəti XX əsrin 90-cı illərinin ortalarından Azərbaycanda fəaliyyət göstərir və Xəzər dənizindəki “Abşeron” qaz yatağında 35 faiz paya malikdir. Bakıdan təqribən 100 kilometr cənub-şərqdə yerləşən bu qaz-kondensat yatağından ilk qaz 2023-cü il iyulun əvvəlində hasil edilib:

"Bu yataqda ilkin qaz ehtiyatları 350-360 milyard kubmetr, kondensat ehtiyatları isə 45 milyon ton həcmində qiymətləndirilir. İlkin olaraq “Abşeron” yataında iştirak payları aşağıdakı kimi bölüşdürülmüşdü: “Total” operator kimi 50 faiz, SOCAR 50 faiz. 2023-cü ilin avqustunda isə Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkəti 30 faiz, Total və SOCAR isə 35 faiz pay alıb.“Abşeron” yatağında hasilatın başlanması Azərbaycanla Fransa arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib. 31 avqust 2023-cü il tarixində “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Pouyanne Bakıda səfərdə olub və Azərbaycanın karbohidrogen ehtiyatlarının gələcək inkişafı, eləcə də bərpa olunan enerji mənbələrinə investisiyalar üzrə danışıqlar aparıb. Danışıqlarda bu Fransa şirkətinin Azərbaycanın enerji sektorunda payının azalması məsələsinə də toxunulmuş, icraçı direktorun Azərbaycandakı fəaliyyətlərini nəinki davam etdirmək, hətta yeni-yeni layihələr üzərində birlikdə çalışmaq istəməsi diqqəti cəlb etmişdi. Eyni zamanda, Azərbaycan tərəfi Fransanın ölkəmizə  qarşı tutduğu düşmənçilik mövqeyinin birgə fəaliyyət göstərmək istiqamətində maneəçilik törətməsi Patrik Pouyannenin nəzərinə çatdırmışdır".

Siyasi şərhçinin sözlərinə görə, Fransa senatının qeyd olunan hesabatında Azərbaycana investisiya qoyulmasının dayandırılması barədə tövsiyəsi, görünür, ölkəmizə qarşı yeni cəbhənin açılmasının əlamətləridir. Bizə qarşı siyasi, diplomatik, hərbi sahədə təhdidlərin nəticə vermədiyini görən erməni dəstəkçiləri bu dəfə biznes, işgüzar əlaqələrimizə zərbə vurmağa çalışırlar: 

"Bu addımları atanlar unudurlar ki, “Total Energies” şirkəti Azərbaycana investisiyanı elə Azərbaycanla enerji sahəsində bağladığı müqavilədən qazandığı pullar hesabına qoyur. Transmilli şirkətlərdən heç biri öz vəsaiti hesabına fəaliyyət fəaliyyət göstərdiyi ölkəyə vəsait qoymur. Bu zaman onlar ya gələcək qazanclarını nəzərə alır və ya artıq qazandıqları vəsaitin cüzi bir hissəsini investisiya kimi çalışdıqları ölkəyə yatırırlar. Belə olduğu halda da yarandıqları ölkələrin üstünlük verdikləri investisiya layihələrini həyata keçirirlər. Deməli Fransa senatı öz şirkətini Azərbaycana investisiya qoymaqdan çəkindirməklə öz əhalisinin gəlir mənbəyini kəsir. Görün erməni sevgisi onları necə kor edib ki, dövlətin büdcəsinə daxil olan gəlirdən əl çəkməyə belə hazırdırlar. 

Düşünürəm ki, dünya biznes aləmində yetərincə imicə sahib olan transmilli şirkət indiki Makron Hökumətinin tövsiyəsi ilə Azərbaycanla münasibətlərin azalması barədə tövsiyəsinə müsbət cavab verməyəcək. Çünki, bu hökumət indi varsa, sabah siyasi səhnədən qovula bilər və qovulacaq. Qeyri-ciddi, oyuncaq hökumətin tələbləri və tövsiyələri qarşısında dünya şöhrətli bir şirkət öz imicini itirmək istəməyəcək".

Oğuz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
ednews.net

1Mənbələr