AZ

Yığmamızın futbolçusu Rusiya klubuna transfer olunub

Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova karyerasını Rusiyada davam etdirəcək.

İdman.bizin əldə etdiyi məlumata görə, 24 yaşlı müdafiəçi “Krılya Sovetov”a transfer olunub.

O, mövsümün sonuna kimi bu komandanın formasını geyinəcək.

“Krılya Sovetov” 11 turdan sonra 5 xalla Rusiya çempionatında 11-ci yerdə qərarlaşıb. Samara təmsilçisi rəqiblərindən 2 oyun az keçirib.

Qeyd edək ki, Əhmədova ötən mövsüm PAOK-un heyətində Yunanıstan çempionu olub.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
idman.biz

1Mənbələr