AZ

Messidən yeni rekord

Lionel Messi yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, 37 yaşlı hücumçu Amerika kubokunun tarixinə düşüb.

O, Argentina yığmasının Kanada ilə görüşündə meydana çıxıb. Bu, Messinin turnirdə 35-ci matçı olub.

Lionel Amerika kuboku tarixində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb. O, əfsanəvi çilili qapıçı Serxio Livinqstona məxsus rekordu 71 ildən sonra qırıb.

Messi həm də qatıldığı 7 Amerika kubokunun hamısında assist etməklə tarixə düşüb. O, bunu bacaran yeganə oyunçudur. Lionel ümumilikdə 18 məhsuldar ötürmə ilə də rekordçudur.

Qeyd edək ki, Argentina Kanadaya 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
idman.biz

2Mənbələr