AZ

Məşhur jurnalist Prezidentə açıq məktub ünvanladı - FOTO

 AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİİLHAM ƏLİYEV CƏNABLARINA“De Media” şirkətinin qurucusuBahadur Seyidovdan  açıq məktubHörmətli Cənab Prezident!Əvvəlcə icazə verin  - Sizə Azərbaycan Respublikasının Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına qərinələr boyu davam edən işğala son qoyaraq, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı qazandığınız miqyasagəlməz qələbəyə görə bir daha minnətdarlığımı bildirim, bundan sonrakı işlərinizdə Sizə uğurlar arzulayım və deyim ki, bir vətəndaş, əsgər olaraq həmişə əmrinizdə olmaqdan qürur duyuram.  Cənab Prezident!Siz çıxışlarınızda dəfələrlə “jurnalistlər mənim köməkçilərimdir" demisiniz. Biz jurnalistlər bununla həmişə qürur duyur, fəxr edirik. Məhz buna görə, cəsarət eləyərək Sizə müraciət edirəm.Cənab Prezident!Mən Azərbaycanda 950 min abunəsi olan maarifləndirci “Demədi Demə” Youtube kanalının, “Demedia.az” saytının, “Demədi Demə” Facebook səhifəsinin və 15-ə yaxın maarifləndirici sosial media hesablarının sahibi, 1500-dən çox faydalı, maarifləndirici videonun müəllifiyəm. Vətən Müharibəsi zamanı hazırladığım vətənpərvərliklə bağlı videoçarxlar ölkədə və xaricdə milyonlarla insan tərəfindən izlənib. Öz hesabıma şəhid və qazilərə həsr olunmuş 50-yə yaxın sənədli film çəkmişəm. 2018-ci ildən yaratdığım “De Media” şirkəti həmişə vicdana, həqiqətə və dövlətçiliyə xidmət edib. Təbii ki, bütün bunlar mənim vətəndaşlıq borcumdu. Ancaq özümün kiçik imkanlarımla gördüyüm işləri daha da böyüdə, Vətənimizə, Dövlətimizə, xalqımıza bunlardan da böyük xidmətlər göstərə bilərəm. Bu baxımdan, mənə Dövlətimizin dəstəyi lazımdır. Ancaq nədəndirsə, Medianın İnkişafı Agentliyi rəhbəri olduğum şirkəti artıq illərdi diqqətdən kənarda qoyub. Bütün qaydalara riayət etdiyimiz halda Medianın İnkişafı Agentliyinin xəbər saytlarına ayırdığı 3000 manat yardımdan məhrum olmuşuq. Düşünürəm, əslində bu məbləğ inkişaf etməkdə olan, maddi resursları zəif saytlara verilməlidir ki, onlar da inkişaf eləsin. Ancaq, təəssüf ki, bu qaydaya əməl olunmur.Yaxud, məni tanıyanlar bilir ki, vətən eşqi ilə alışıb-yanan, dövlətçiliyi öz varlığımdan daha çox sevən biriyəm. 2020-ci ildən bu yana Sizin böyük sərkərdəlik bacarığınız, şəhid və qazilərin qanı bahasına geri alınmış Şuşanı və digər işğaldan azad olunmuş rayonları görmək bir media şirkəti rəhbəri kimi hələ də mənə nəsib olmayıb.Cənab Prezident!Artıq 15 ilə yaxındır ki, media sahəsində çalışıram. Dövlətimə həmişə vicdanla xidmət etmişəm. Bu gün istəyirəm, gördüyüm işləri bir qədər də genişləndirim, rəhbərliyinizlə Dövlətimizin apardığı şərəfli işlərə mən də öz töhfəmi verim. Ba baxımdan, Sizin böyük ədalətinizə inanır, şirkətimə və şəxsimə qarşı yol verilən bu ədalətsizliyin aradan qalxacağına ümid edirəm. Böyük hörmət və ehtiramla:“De Media” şirkətinin qurucusu: ​​​​​Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
millishow.az

2Mənbələr