AZ

Messi Amerika Kuboku rekordunu müəyyənləşdirdi

Argentina millisinin hücumçusu Lionel Messi oynadığı matçların sayına görə Amerika Kubokunun rekordçusu olub.

32gun.az xəbər verir ki, bu barədə Opta statistik portalı məlumat yayıb.

Ötən gecə Kanada ilə qarşılaşma cənubi amerikalı forvard üçün 35-ci olub. Beləliklə, Messi ötən əsrin ortalarında turnirdə 34 oyun keçirən Çilili qapıçı Serxio Livinqstonun nailiyyətini geridə qoyub .

Argentina - Kanada matçı 2:0 hesabı ilə hazırkı dünya çempionlarının xeyrinə başa çatıb.

Messi 2023-cü ilin yayında MLS-də çıxış edən İnter Mayamiyə keçdi. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. Bu mövsüm Messi MLS-də 15 oyun keçirib və 14 qol vurub.

2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu oldu. Argentina həlledici görüşdə Fransaya qalib gəlib . Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. O, millinin heyətində 100-dən çox qol vurub.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
32
32gun.az

10Mənbələr