AZ

Məşhur jurnalist Prezidentə açıq məktub ünvanladı – FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “De Media” şirkətinin qurucusu Bahadur Seyidovdan açıq məktub.

 Cənab Prezident, məni bu məktubu yazmağa mənim timsalımda onlarla peşəkar media mənsubunun ədalətsizliyə, iyrənc ayrı-seçkiliyə məruz qalması məcbur edib. Cəsarəti isə Sizin “Jurnalistlər mənim köməkçilərimdir” fikrinizdən almışam. Sizin məni tanımamağınız çox təbiidir. Buna görə də qısa şəkildə özümü təqdim edim. Cənab Prezident, mən Azərbaycanda 950 min abunəsi olan maarifləndirci “Demədi Demə” youtube kanalının, Demedia.az xəbər portalının, yüz minlərlə izləyicisi olan eyniadlı feysbuk səhifələrinin və 15-ə yaxın maarifləndirici sosial media hesabının sahibiyəm. Bu günə qədər müəllifi olduğum 1500-dən çox faydalı, maarifləndirici video ictimaiyyətə təqdim olunub. Vətən müharibəsi zamanı vətənpərvərliklə bağlı, eləcə də düşmənin çirkli informasiya siyasətinin qarşısının alınmasına hesablanmış onlarla videomaterial hazırlamışam və bu materiallara milyonlarla izlənmə gəlib. Öz hesabıma şəhid və qazilərlə bağlı 50-yə yaxın sənədli film çəkmişəm. Televiziyalarda yayımlanan 100-ə yaxın sənədli film mənim redaktəmlə ərsəyə gəlib. Bu gün ölkəmizdə kifayət qədər məhşur olan iki xəbər portalının ilk baş redaktoru, qurucusu olmuşam. 2018-ci ildən etibarən isə yaratdığım “De Media” şirkəti vicdana, həqiqqətə və dövlətçiliyə xidmət edib. Bütün bunları isə Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, eləcə də Prezident Administrasiyasındakı aidiyyəti şəxslər çox gözəl bilirlər. Ancaq bütün bunlara rəğmən görülən işləri ədalətli şəkildə qiymətləndirməli olan bu qurumlar sanki məni xalq düşməni gözündə görürlər. Anlaya bilmirəm ki, sadə bir “sağ ol”la yuxarıda sadaladığım işləri on, bəlkə də yüz qat artıra biləcəyim halda, məni niyə bütün stimulverici proseslərdən var gücləri ilə kanarlaşdırmağa çalışırlar. Tanıyanlar bilir ki, Vətən sevdam hər şeydən öndədir, dövlətçiliyi öz varlığımdan daha çox sevən biriyəm. 2020-ci ildən bu yana Siz Müzəffər Ali Baş Komandanın inanılmaz iradəsi, siyasi uzaqgörənliyi, şəhid və qazilərimizin qanı bahasına işğaldan azad olunmuş ərazilərimizi görməyə can atıram. Ancaq nəyə görəsə Medianın İnkişafı Agentliyi, eləcə də KİV-lərlə bağlı bu işi öhdəsinə götürmüş digər təşkilatlar özlərinə yaxın olan bütün media qurumlarına artıqlaması ilə şərait yaratdıqları halda, həmişə “De Media”nı kənarlaşdırmağı üstün tutub. Hətta bəzən adımız siyahıya yazılsa da, sonradan hansısa görünməz əl bizi o siyahıdan silib. 

Son 3 ildə Medianın İnkişafı Agentliyinin xəbər sayıtlarına ayırmalı olduğu 3000 manat yardımdan da məhrum edilmişik. Səbəbini isə normal şəkildə izah edə bilməyiblər. Bu məbləğ inkişaf etməkdə olan, maddi resursları zəif media qurumlarına ayrılmalı idi. Amma hazırda bu imkandan qrumun işçilərinin xüsusi əlaqəsi, dostluğu olan media rəhbərləri faydalanır. Artıq 15 ilə yaxındır ki, media sahəsində çalışıram. Bu münasibət tək mənə qarşı olsaydı, böyük ehtimalla səsimi çıxartmazdım. Ancaq bu ögey mübasibət çox sayda istedadlı jurnalisti media sahəsindən küsdürüb. Bu sahədə onsuz da az-az tapılan əsl qələm sahibləri mediadan uzaqlaşıb. 

Hazırda “masa qardaşlığı” prinsipi ilə idarə olunan media sürətlə sanbalını itirməyə, cırlaşmağa doğru gedir. Onlarla, bəlkə də yüzlərlə istedadlı yazarımız, jurnalistimiz mənim kimi ayrı-seçkiliyə məruz qalaraq qələmini atıb və atmaqdadır….Cənab Prezident, sizin ədalətinizə inanırıq. Medianın ölkə taleyində həlledici rolu olduğunu nəzərə alıb, bu prosesə diqqət ayırmağınızı rica edirəm.

bgfndngfn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
millitv.net

1Mənbələr