AZ

“Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 20-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-ninNyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamentalazadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24komitəsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, BMT-ninMüstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsihaqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə -C24-ün illik iclası çərçivəsində baş tutan Konfransda hazırdaFransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika,Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (FransızPolineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin,Bonayre, həmçinin, ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı,Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarınınrəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar vətədqiqatçılar iştirak edib. Eyni zamanda El-Salvador, Argentina,Suriya, Əlcəzair, Braziliya və Fələstinin BMT-dəki Daiminümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.

Konfransda açılış qeydlərini edən BTQ-nin şöbə müdiri ElgünHacıyev bildirib ki, ABŞ hökümətinin qeyri-müəyyən qərarına görəartıq ikinci ildir ki, BTQ-nin İcraçı direktoru Abbas Abbasova BMTqərargahında keçirilən konfransda iştirak etmək üçün viza verilmir.Bu səbəbdən, A.Abbasovun konfrans iştirakçılarına video müraciətiyayılıb.

O, müraciətində qeyd edib ki, Fransa hökumətinin YeniKaledoniyada fundamental insan hüquqlarını kobud şəkildə pozmasıBMT Baş Assambleyasının müstəmləkəçiliyə qarşı qəbul etdiyiqətnamələri yerinə yetirmək üçün rəsmi Parisin siyasi iradəsininolmadığını bir daha sübut edir.

İcraçı direktor bir daha təsdiq edib ki, Bakı Təşəbbüs QrupuFransanın müxtəlif təzyiqlərinə baxmayaraq, müstəmləkə ərazilərininöz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davamedəcəkdir.

Fransa polisi tərəfindən Yeni Kaledoniyada öldürülən mülküşəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra buölkənin Xarici işlər naziri M. Forrest Fransa hökuməti tərəfindənölkəsində baş verən qanunsuzluqlar və vəhşiliklər barədə ətraflıməlumat verib. O, yüzlərlə kanakın, xüsusilə müstəqillikhərəkatının 8 lider şəxsinin qanunsuz həbs edildiyini diqqətəçatdırıb.

Fransız Polineziyasının hakim Tavini partiyasının Siyasiməsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin,Korsika, Martinik, Fransız Qvianası, Qvadelup və Bonayre-dən olanmüstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayanFransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyikolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqlarınfundamental hüquqlarının kobud şəkildə pozulması, təbiisərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəriyerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerlixalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçiliksiyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsinidünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadəediblər və beynəlxalq platforma rolunu oynayan Bakı TəşəbbüsQrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadəediblər.

Konfransın sonunda siyasi müraciət qəbul olundu. İştirakçılarBTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdəiştiraklarını daha da fəallaşdırmaq, BMT çərçivəsində özmübarizələrini gücləndirməyə dair öhdəlik götürdülər. Kolonial ölkəolan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdəzorakılıqlarını pislədilər.

“Müstəqillik
“Müstəqillik
“Müstəqillik
“Müstəqillik
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
29
az.trend.az

2Mənbələr