AZ

Blinken: İran belə bir gərginliyin artmasını istəməz

ABŞ dövlət katibi Antoni Blinken İsrail rəsmiləri ilə görüşdə Livanda gərginliyin qarşısını almaq üçün atılan addımların əhəmiyyətindən danışıb. Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir. Onun sözlərinə görə, dövlət katibi İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi və Yəhudi Dövlətinin strateji planlaşdırma naziri Ron Dermerlə görüşüb. Blinken “Livanda gərginliyin daha da artmasının qarşısının alınmasının və israilli və livanlı ailələrin evlərinə qayıtmasına imkan verən diplomatik həllin əldə edilməsinin vacibliyini vurğuladı”, - deyə məlumatda bildirilir. “Dövlət katibi Birləşmiş Ştatların İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təkrar edib. O, Qəzza zolağında atəşkəsin təmin edilməsi və bütün girovların azad edilməsi üçün göstərilən səyləri müzakirə edib”, - deyə Miller əlavə edib. Onun sözlərinə görə, Blinken Qəzzə zolağına humanitar yardımın həcmini artırmaq üçün əlavə addımların atılmasının və münaqişədən sonrakı idarəçilik, təhlükəsizlik və yenidənqurma planının yaradılmasının vacibliyini vurğulayıb. Blinken daha əvvəl bildirmişdi ki, Yaxın Şərqdə hadisələr İsraillə Livanın şiə Hizbullah partiyası arasında münaqişə istiqamətində inkişaf edir, baxmayaraq ki, heç kim belə bir gərginliyin artmasını istəməz, o cümlədən İran. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
bizimyol.info

1Mənbələr