AZ

Yaponiyadan Rusiyaya qarşı yeni sanksiyalar

Yaponiya Rusiyadan olan 42 şirkətə və 11 nəfər fiziki şəxsə, həmçinin, Hindistan, Qazaxıstan, Çin və BƏƏ-dən olan 11 şirkətə qarşı sanksiyalar tətbiq eləməyi qərara alıb. Bu barədə Yaponiyanın Nazirlər Kabineti bəyanat verib.

Sanskiya siyahısına  Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının daha beş üzvü daxil edilib. Sanksiya siyahısına düşənlərin vəsaitlərinin aşkar edildiyi təqdirdə dondurulması nəzərdə tutulur.

"Taktik Raket Silahları" korporasiyasının rəhbəri Boris Obnosov, "Uralvaqonzavod"un baş direktoru Aleksandr Potapov, işğal edilmiş Zaporojye vilayətinin təhsil və elm naziri Yelena Şapurova,   "Soyuz" şirkətinin baş konstruktoru Mkrtiç Okroyan da siyahıya daxil edilib. Sanksiya siyahısına da daxil edilib.

Rusiyaya qarşı növbəti sanksiyalar paketinə  İlyuşin adına Aviasiya kompleksi, "Tupolev" SC, "Alros" şirkəti və Rusiyadan olan daha 39 şirkət və təşkilatın adları daxil edilib.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
hurriyyet.az

1Mənbələr