AZ

Həddindən artıq istilər səbəbindən 155 nəfər həyatını itirdi

Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalır.

Məlumata görə,  Meksikanın Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb. Günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib. 

Qeyd olunur ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
unikal.az

1Mənbələr