AZ

“Azərbaycan Nəşriyyatı” ötən il 1,6 milyon manat zərər edib

“Azərbaycan Nəşriyyatı” MMC 2023-cü ildə mənfəətdən zərərə keçib. 

İqtisadiyyat.az xəbər verir ki, MMC 2022-ci ildə 29,9 milyon manat həcmində xalis mənfəət əldə etsə də, ötən il üzrə 1,6 milyon manat xalis zərər açıqlayıb. 

Əsas fəaliyyət üzrə gəlirləri ötən il 2022-ci ildəki 4,06 milyon manatdan 5,37 milyon manata çatıb. Maya dəyəri çıxıldıqdan sonra ümumi mənfəət 3,04 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2 dəfə çoxdur. 

Bununla belə, “Azərbaycan Nəşriyyatı”nın sair gəlirlərinin kəskin azalması ümumilikdə onun zərər etməsinə təsir edib. 

Belə ki, sair gəlirlər son bir ildə 102 dəfə və ya 32,7 milyon manat azalaraq 33,1 milyon manatdan 324,3 min manata enib. MMC ümumiyyətlə sair gəlirlərin nədən ibarət olduğunu isə açıqlamayıb. 

Nəşriyyatın xərclərində isə 2022-ci ilə nisbətən böyük dəyişiklik nəzərə çarpmayıb. Son nəticədə MMC-nin vergidən əvvəlki zərəri 1,6 milyon manat təşkil edib. 

“Azərbaycan Nəşriyyatı” 2023-cü ildə kiçilib. MMC-nin cəmi aktivləri 34,85 milyon manatdan 33,1 milyon manata, cəmi öhdəlikləri 1,05 milyon manatdan 941,7 milyon manata, cəmi kapitalı isə 33,8 milyon manatdan 32,2 milyon manata enib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
iqtisadiyyat.az

1Mənbələr