AZ

“Yaşma bağları”nda qəzaya uğrayanlar Bakı xəstəxanasına yerləşdirilib

Sumqayıtda ağır yol qəzasında xəsarət alanlar Bakıya gətirilib. SİA xəbər verir ki, ötən gün “Yaşma bağları” adlanan ərazidə yük maşınının minik avtomobilinə çırpılması nəticəsində xəsarət alanlar - minik avtomobilinin sərnişinləri: 1979-cu il təvəllüdlü Babayeva Könül Bəxtiyar qızı və 1973-cü il təvəllüdlü Aslanova Minə Möhsün qızı Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

K.Babayevaya qapalı-kəllə beyin travması diaqnozu qoyulub.

Qeyd edək ki, qəza zamanı minik avtomobilində olan digər sərnişin, 1971-ci il təvəllüdlü Lalə Abuəli qızı Hüseynli aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sia.az

1Mənbələr