AZ

Ərdoğan həm Putin, həm də Baydenlə müzakirələrə hazırlaşır

Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan həm ABŞ, həm də Rusiya liderləri ilə müzakirələr aparacaq.

Reyting.az
xəbər verir ki, Ərdoğan-Putin görüşündə əsas diqqət enerji daşıyıcılarına, Bayden-Ərdoğan görüşündə isə təhlükəsizlik və terrorizmlə mübarizəyə həsr oluncaq.

Türkiyənin tanınmış siyasi şərhçisi Gülru Gezer deyib ki, Türkiyənin Ukrayna müharibəsində oynaya biləcəyi potensial vasitəçi rolu Ərdoğan-Putin görüşündə mühüm mövzularından biri ola bilər: “Bu məsələ həm də Ukrayna prezidenti Zelenski Türkiyəyə gələndə müzakirə olunub. Türkiyə hər iki ölkə ilə münasibətlərini müəyyən qədər davam etdirir, ona görə də Türkiyənin bu bölgədə sülh üçün nə edə biləcəyi bir daha müzakirə olunacaq”.

Gezer bildirib ki, Azərbaycan kontekstində enerji məsələsinin ön planda olacağı, Ərdoğan-Putin görüşündə Türkiyənin “enerji mərkəzi”nə çevrilməsi layihəsi və “Akkuyu” Atom Elektrik Stansiyasındakı son vəziyyətin müzakirə ediləcəyi də gözlənilir.

Ərdoğan-Putin görüşünün ən mühüm mövzularından birinin Suriya məsələsi olacağına işarə edən Gezer deyib:

“Son günlərdə Rusiyanın Türkiyə ilə Suriya arasında vasitəçi olacağı iddiası ortaya atılıb. Suriyada seçki deyilən məsələ önəmlidir. Belə görünür ki, Rusiya bunu dəstəkləmir. Prezident Ərdoğan bundan əvvəl Əsədlə görüşə yaşıl işıq yandırıb. Düşünürəm ki, Putin işə girişsə və təzyiq göstərsə, Əsəd masa arxasında otura bilər. Suriyadakı bəzi hadisələr, məsələn, seçki məsələsi, hər şeydən əvvəl Əsədin maraqlarına ziddir. İki ölkə arasında münasibətlərin normallaşması Rusiyanın da işini asanlaşdıracaq”.

Siyasi şərhçi əlavə edib ki, Suriya ABŞ və Rusiya arasında rəqabət meydanıdır. Ona görə də Rusiyanın Suriya ilə Türkiyə arasında normallaşması ABŞ-nın buradan daha tez çıxa biləcəyi anlamına gələ bilər. Bu baxımdan Rusiya bunu dəstəkləyəcək.

Mütəxəssisin fikrincə, Ərdoğanın Baydenlə görüşü zamanı təhlükəsizlik və terrorla mübarizə məsələləri də diqqətdə ola bilər:

“İki ölkə arasında dərin etimad böhranına səbəb olan ən əsas məsələ ABŞ-nın terrora davamlı dəstəyidir. Bu məsələ əsas gündəm kimi müzakirə ediləcək. Suriya kontekstində PYD/YPG-nin qondarma seçkiləri Baydenin görüşünün əsas mövzularından biri olacaq. Çünki ABŞ “Hazırda seçkilər üçün uyğun mühit yoxdur”, - deməklə gələcəyin qapısını tam bağlamayıb. Türkiyə lideri bu məsələdəki təkidimizi Baydenə çox aydın şəkildə çatdıracaq. O, həmçinin ABŞ-nın terrorizmlə mübarizədə İraqla əməkdaşlığımız kontekstində bunu dəstəkləməsini istəyəcək. Regional məsələlər kontekstində Qəzza məsələsi təbii ki, ön plana çıxacaq”.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
reyting.az

1Mənbələr