AZ

Ölkə bazarlarında yerli məhsulların qiyməti NİYƏ BAHADIR? - VİDEO

Ölkə bazarlarında yerli məhsulların qiyməti NİYƏ BAHADIR? - VİDEO

Pomidor, xurma, alma və kartof ixracda ən çox gəlir gətirən meyvə-tərəvəzlər olub. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Adıçəkilən məhsulların 5 ayda ümumi ixrac dəyəri nə az, nə çox 225 milyon dollar ətrafındadır. Ancaq xarici bazara kifayət qədər yol tapan yerli meyvə tərəvəzlərə ölkə bazarlarında ya rast gəlinmir, ya da hamı üçün əlçatan deyil.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli "Xəbər Ertəsi"nə açıqlama verib. Onun sözlərinə görə, məhsullar digər ölkələrə ixrac edilərkən onların topdan satış qiyməti də əsas götürülür. Baxmayaraq ki, bu şəkildə satış az gəlir gətirir. Ancaq müəyyən səbəblərə görə sahibkarlar yenə də, ixracda maraqlı olurlar:

"Çünki bu sahibkarın sonrakı problemlərlə məşğul olmamasına və məhsulun sıradan çıxması riskinin aradan qalxmasına gətirib çıxarır. Sahibkarın hər birisi çalışır ki, məhsulun böyük bir hissəsini topdan şəkildə satsınlar.

Ətraflı "Xəbər Ertəsi"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sonxeber.az

1Mənbələr