Bakı. Trend:
Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 4-9 yaş arası6 uşaq ölüb.
Trend xəbər verir ki, bu barədə ölkənin Çuy vilayətinin Daxiliİşlər İdarəsindən məlumat verilib.
"Çuy vilayətinin Jiyıl rayonunda, Altın kəndi yaxınlığındaiçərisində 8-i uşaq olmaqla 11 nəfərin olduğu "Volkswagen" markalıavtomobil gölə düşüb", - idarənin nümayəndəsi bildirib.
İlkin məlumata görə, sürücü idarəetməni itirib.
Faktla bağlı araşdırma aparılır.