AZ

Azərbaycanda güclü külək həyatı iflic etdi: Bir çox yer işıqsız qaldı, ölən və xəsarət alanlar var

Azərbaycanda güclü külək həyatı iflic etdi: Bir çox yer işıqsız qaldı, ölən və xəsarət alanlar var

Güclü külək Daşkəsən rayonunda da fəsad törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, təbiət hadisəsi nəticəsində rayonun Bayan kəndində iri gövdəli ağac aşaraq yola və kənardakı evin üzərinə düşüb.

Hadisə səbəbindən Gəncə-Daşkəsən avtomobil yolunda bir müddət tıxac yaranıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, ağac yoldan götürüldükdən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, bir neçə saat öncə Qərb bölgəsində, həmçinin Mingəçevir və Yevlaxda güclü külək bir sıra fəsadlar törədib.

00:00

Mingəçevirdə güclü küləyin ağacları aşırması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un məlumatına görə, hadisə nəticəsində altı nəfər xəsarət alıb. Onlardan biri - 2003-cü il təvəllüdlü R.Qasımzadə ölüb.

Digər zərərçəkənlər - 1969-cu il təvəllüdlü G.Sadıqov, 1994-cü il təvəllüdlü Y.Nuriyev, 1981-ci il təvəllüdlü R.Qədirov və iki azyaşlıdır.

Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
sonxeber.az

1Mənbələr