AZ

ABŞ və Çin nüvə silahı məsələlərinə dair qeyri-rəsmi məsləhətləşmələr aparıblar

ABŞ

Bakı, 21 iyun, AZƏRTAC

ABŞ və Çin son beş ildə ilk dəfə mart ayında Şanxayda nüvə silahı ilə bağlı məsələlər üzrə qeyri-rəsmi məsləhətləşmələr keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, bu təmasları Havaydakı Sakit Okean Forumunun analitik mərkəzinin prezidenti David Santoro təşkil edib. Görüşdə ABŞ tərəfdən bir neçə keçmiş məmur və tədqiqatçı, Çin tərəfdən isə alim və analitiklər, o cümlədən istefada olan hərbçilər iştirak ediblər.

Agentliyin qeyd etdiyi kimi, məsləhətləşmələrdə Çin nümayəndə heyəti əmin edib ki, Tayvanla bağlı münaqişə yaranarsa, nüvə silahından istifadə ilə bağlı hədələrə əl atmayacaq.

Dövlət Departamentinin sözçüsü agentliyə bildirib ki, bununla bağlı məlumatlı olsalar da, məsləhətləşmələrdə iştirak etməyiblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
azertag.az

3Mənbələr