AZ

Ekspert: "ABŞ-ın Rusiyanı təcrid etmək cəhdi uğursuz oldu"

"ABŞ-ın Rusiyanı digər ölkələrdən təcrid etmək cəhdləri uğursuzluğa düçar olub və Vaşinqton bununla barışmalıdır". Bizimyol.info xəbər verir ki, bu fikri Çin Xarici Əlaqələr Universitetinin professoru Li Haydonq bildirib. “Birləşmiş Ştatların digər dövlətləri ABŞ-ın tərəfinə çəkərək Rusiyanı təcrid etmək cəhdi nəticəsiz qaldı”, - deyə “Global Times” qəzeti bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinin Vyetnama səfərini şərh edən ekspertin sözlərini sitat gətirir. Professor qeyd edib ki, Rusiya-Vyetnam münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarını nəzərə alır və regionda strateji sabitliyin və tarazlığın qorunmasına töhfə verir. “ABŞ-ın oyuncağı olmaq istəməyən bir çox ölkələr var”, - deyə o vurğulayıb. Li Haydonq qeyd edib ki, Vaşinqton həm ideologiya, həm də diplomatiya baxımından öz “imtiyazını” nümayiş etdirməyə çalışır. Bununla belə, ekspert hesab edir ki, Ağ Ev ona uyğun gəlməsə belə, “reallıqla barışmalıdır”. Putin Hanoy səfəri zamanı Vyetnam prezidenti To Lam ilə danışıqlar aparıb. Görüşün nəticəsində tərəflər azı 11 sənəd imzalayıblar. Hər iki dövlətin başçıları “Dostluq münasibətlərinin əsasları haqqında Rusiya-Vyetnam müqaviləsinin həyata keçirilməsinin 30-cu ildönümü kontekstində hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi haqqında” bəyanat da qəbul ediblər. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
bizimyol.info

1Mənbələr