AZ

İsrail hazırlıq görür: Əgər II müharibəyə başlayarsa…

İsrail və Livan arasında müharibə ehtimalı olduqca böyükdür. Netanyahu iqtidarda qaldığı müddətdə hər an müharibə başlaya bilər. Hizbullah da buna hazır olduğunu deyir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) mütəxəssisi Mehmet Raqiboğlu deyib.

Raqiboğlu Hizbullahla müharibənin daha geniş sahəyə yayılma riskinin olduğunu vurğulayıb:

“Genişmiqyaslı müharibə İsrail üçün ciddi problemlər yarada bilər, çünki Hizbullah HƏMAS deyil, qat-qat güclüdür. Digər tərəfindən müharibənin başlayacağı təqdirdə bu yalnız Hizbullahla məhdudlaşmayacaq və “Həşdi-Şabi” ilə husilər də prosesə qoşulacaq. Adını çəkdiyimiz qruplaşmalar özbaşına deyil və arxalarında müəyyən dövlətlər dayanır. Bu da daha kəskin qütbləşmədən, geosiyasi mübarizənin gərginləşəcəyindən xəbər verir”.

Qeyd edək ki, İsrail XİN Livanla müharibəyə çox yaxın olduqları barədə açıqlama verib. Hizbullah lideri Həsən Nəsrullah isə müharibənin başlayacağı təqdirdə İsrailin istənilən nöqtəsini vuracaq gücdə olduqlarını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
axar.az

2Mənbələr