AZ

Akademik Zemfira Səfərovanın “Azərbaycanın Musiqi Qalası – Şuşa” adlı kitabı çapdan çıxıb

Bu günlərdə Əlcəzairdə akademik Zemfira Səfərovanın “Azərbaycanın Musiqi Qalası – Şuşa” adlı kitabı çap olunub.

525.az xəbər verir ki, Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfirliyinin dəstəyi ilə AMEA-nın həqiqi üzvü,  akademik Zemfira Səfərovanın müəllifi olduğu “Azərbaycanın Musiqi Qalası – Şuşa” adlı kitabı bu ölkənin tatnınmış “DJİL Print” nəşriyyatı tərəfindən, ərəb dilində nəfis şəkildə şap olunub.

Kitabında akademik Z.Səfərova Şuşa şəhərinin 1750-ci ildə Qarabağ xanı Pənah Əli Xan tərəfindən qurulduğunu, görkəmli müsiqişünaslar və ifaçıların, məşhur bəstəkarların, tanınmış müğənnilərin vətəni olduğunu ərəb ictimaiyyətinə çatdıraraq, bu şəhərdə tarix boyu Məclisi Üns, Məclisi Fəramuşan kimi ədəbi və musiqili məclislərin təşkil olunduğunu və Qafqazların “konservatoriyası” kimi tarixə keçdiyini, erməni əsarəti altında 30 ilə yaxın qaldığını və 44 günlük azadlıq müharibəsi nəticəsində tarixi sahiblərinə qovuşduğu bildirilir.

Kitabda Şuşanın Azərbaycan və ümumiyyətlə Şərq və hətta dünya mədəniyyətindəki rolundan söz açılır.   
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması ilə əlaqədar televiziya vasitəsilə xalqa müraciəti xüsusi vurğulanır.




 
 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
525.az

1Mənbələr