Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan İspaniya - İtaliya matçının (1:0) ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “buğalar”ın heyətində Niko Uilyams qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Oyuna start heyətində başlayan və görüşü yüksək səviyyədə keçirən 21 yaşlı hücumçu 78-ci dəqiqədə əvəzlənib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta