AZ

İspaniya 1/8 finalda

Bu gün AVRO-2024-ün B qrupunda II tura yekun vurulub.

Günün son matçında İspaniya ilə İtaliya üz-üzə gəlib.

İlk turda qalib gələn komandaların duelində İspaniya 3 xalı qazanıb. Bu qələbə pirineyliləri 1/8 finala yüksəldib. Yeganə qolu italiyalı müdafiəçi Rikkardo Kalafiori öz komandasının qapısından keçirib.

Qeyd edək ki, B qrupunun son turunun matçları iyunun 24-də keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
20 iyun, B qrupu
23:00. İspaniya - İtaliya - 1:0
Qol:
Rikkardo Kalafiori, 55 (öz qapısına)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Helzenkirhen. “Aufşalke Arena”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
cbcsport.az

1Mənbələr