AZ

Mövsümünün sonunda dəyərini ən çox artıran futbolçular - TOP-1O

2023/2024 mövsümünün sonunda transfer dəyərini ən çox artıran futbolçuların reytinqini təqdim edilib. Reytinqin lideri “Barselona”nın 16 yaşlı cinah oyunçusu Lamin Yamal olub. “Transfermarkt” internet portalı 2023/2024 mövsümünün sonunda transfer dəyərini ən çox artıran futbolçuların reytinqini təqdim edib. Matc.az xəbər verir ki, reytinqin lideri “Barselona”nın 16 yaşlı cinah oyunçusu Lamin Yamal olub. İkinci sırada “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Koul Palmer qərarlaşıb. İlk üçlüyü isə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqhem tamamlayıb. 2023/2024 mövsümünün sonunda ən bahalı 10 futbolçu: 1. Lamin Yamal (“Barselona”, ​​90 (+90) milyon avro); 2. Koul Palmer (“Çelsi”, 80 (+65) milyon avro); 3. Cud Bellinqem (“Real”, Madrid, € 180 (+60) milyon avro); 4. Viktor Dyekereş (“Sportinq”, 65 (+52) milyon avro); 5. Kobbi Maynu (“Mançester Yunayted”, 50 (+49,20) milyon avro); 6. Florian Virtz (“Bayer”, € 130 (+45) milyon avro); 7. Joao Neves (“Benfika”, 55 (+45) milyon avro); 8. Savio (“Jirona”, 50 (+45) milyon avro); 9. Coşua Zirkzee (“Bolonya”, 50 (+41) milyon avro); 10. Filip Foden (“Mançester Siti”, 150 (+40) milyon avro).  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
matc.az

3Mənbələr