AZ

AÇ-2024:İngiltərə büdrədi, İtaliya İspaniyaya udyzur-YENİLƏNİR

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, II tur çərçivəsində bu gün növbəti görüşlər baş tutacaq.

Günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutub. Sloveniya hesabı açsa da, üstünlüyünü son saniyələrdə əldən verib. 

Qryd edək ki, sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə də bərabərə qalmışdı - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olmuşdu.

Qrupun digər oyununda Danimarka və İngiltərə komandaları Frankfurtda qarşılaşıblar. Bu görüşdə də eyni hesab qeydə alınıb.

Günün son qarşılaşması B qrupunun favoritləri İspaniya və İtaliya arasında keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.
İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

AÇ-2024
20 iyun
II tur

C qrupu

Sloveniya - Serbiya 1:1 
Qollar: Jan Karniçnik, 69 - Luka Yoviç, 90+5.

Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, "Alyans Arena".

Danimarka - İngiltərə 1:1 
Qollar: Hyülmann, 34 - Harri Keyn, 18.

Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, "Valdştadion".

B qrupu

İspaniya - İtaliya 1:0 (2-ci hissə)

Qol: Kalafiori, 55 - öz qapısına.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, "Feltins Arena".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
fanat.az

1Mənbələr