AZ

20 iyun Ümumdünya Qaçqınlar Günüdür- BMT-nin Baş katibinin beynəlxalq ictimaiyyətə müraciəti

Bu gün ilə ələqədar BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

QHT.az həmin müraciəti Azərbaycan dilində sizə təqdim edir:

Sudandan Ukraynaya, Yaxın Şərqdən Myanmaya, Konqo Demokratik Respublikasına və ondan kənarda münaqişələr, iqlim xaosu və üsyanlar rekord sayda insanı evlərindən çıxarmağa məcbur edir və insanların dərin iztirablarını artırır.

Son rəqəmlər göstərir ki, dünya üzrə ümumilikdə 43,5 milyonu qaçqın olmaqla 120 milyondan çox insan məcburi köçkün olub.

Ümumdünya Qaçqınlar Günü onların gücünə və cəsarətinə hörmət etmək, qaçqınların həyatlarının hər bir addımında onları qorumaq və dəstəkləmək üçün səyləri artırmaqdır.

Qaçqınların qlobal həmrəyliyə və həyatlarını ləyaqətlə yenidən qurmaq bacarığına ehtiyacları var.

Fürsət verildikdə, qaçqınlar ev sahibi icmalara əhəmiyyətli töhfələr verirlər, lakin onlar bərabər imkanlara və işlərə, mənzillərə və səhiyyəyə çıxışa ehtiyac duyurlar.

Gənc qaçqınların arzularına çatmaq üçün keyfiyyətli təhsilə ehtiyacı var.

Əksəriyyəti aşağı və ya orta gəlirli olan səxavətli ev sahibi ölkələr qaçqınları cəmiyyətlərə və iqtisadiyyatlara tam daxil etmək üçün dəstəyə və resurslara ehtiyac duyurlar.

Gəlin qaçqınlara dəstək olmaq və onları qəbul etməkdə, sığınacaq hüququ da daxil olmaqla, insan hüquqlarını qorumaqda, qaçqınların müdafiəsi rejiminin bütövlüyünü təmin etməkdə və nəhayət, münaqişələri həll edərək, öz icmalarından məcburən ayrılanların evlərinə qayıda bilməsi üçün dünyanın kollektiv məsuliyyətini yenidən təsdiqləməyə söz verək.

Seçilən
105
qht.az

1Mənbələr