AZ

"Audi" tarixində ən sürətli və ən güclü elektrik avtomobili...

Almaniyanın “Audi” şirkəti yeni RS E-Tron GT Performance elektrik avtomobilini təqdim edib və bu, şirkətin tarixində ən güclü istehsal modeli olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Inside EVs məlumat yayıb.

Qeyd edilir ki, avtomobil 912 at gücünə malik iki elektrik mühərriki ilə təchiz edilibvə 2,5 saniyəyə 100 km/saata sürətlənmə yığır.

RS E-Tron GT Performance yaxşı yollarda uzun, yüksək sürətli səfərlər üçün nəzərdə tutulub. Avtomobil yenilənmiş Porsche Taycan ilə ümumi platforma əsasında hazırlanıb və təkmilləşdirilmiş enerji doldurma sistemi alıb. Akkumulyatorun tutumu 84-dən 97 kilovatsaata, stansiyaların enerji doldurma sürəti isə 270-dən 320 kVt-a yüksəldilib. Bu o deməkdir ki, on dəqiqəyə 278 km məsafəni doldurmaq olar. Bu təkmilləşdirmələr sayəsində Model S E-Tron GT bir şarjla təxminən 605 km qət edə biləcək.

... Yeni modifikasiya RS E-Tron GT Performance-ın Amerika bazarında buraxılması ilin sonuna planlaşdırılır.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
sia.az

1Mənbələr