AZ

Ukrayna rusiyalı qızların cəzalandırılmasını tələb edir - Kudayeva müharibədə ölən atası üçün “sən mənim qəhrəmanımsan” yazdı...

Ukraynanın Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinə müraciətlə Rusiyanın güləş yığmasının üzvləri Dinarə Kudayeva, Olqa Xoroşavtseva və Natalya Malışevanın Paris Olimpiadasında iştirakdan kənarlaşdırılmasını xahiş edib.

“Football-plus.az” xəbər verir ki, İş ondadı ki, mayın 25-də 26 yaşlı Kudayeva sosial şəbəkə hesabında Ukrayna ilə müharibədə ölən atası haqda paylaşım edib. O, atasının şəklinin altında bu sözləri yazıb:
“Sən mənim qəhrəmanımsan”
. Xoroşavtseva və Malışeva da Dinarəni dəstəkləyib.
Ukraynanın MOK-u belə hesab edir ki, qadın güləşçilər məhz buna görə neytral atlet statusu almaq üçün meyarlara cavab vermirlər. Xatırladaq ki, Paris Olimpiadası 26 iyul – 11 avqust aralığında keçiriləcək. Yarışlarda 206 ölkə və qaçqınlar yığması iştirak edəcək. Fransa paytaxtına həmin günlərdə 10 minə yaxın idmançı baş çəkəcək. 329 medal dəsti sahibini tapacaq. Rusiyalı idmançılar Yay Olimpiya Oyunlarında yalnız neytral statusla və fərdi idman növlərində iştirak edə bilər. Onlara ölkələri ilə bağlı istənilən rəmzi nümayiş etdirmək qadağandı, nəticələri də medal hesabında nəzərə alınmayacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
football-plus.az

1Mənbələr