AZ

Goranboy sakini Cəbrayılda minaya düşüb

Bakı. Trend:

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndiərazisində mina hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və MinatəmizləməAgentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatındabildirilib.

Qeyd edilir ki, kənd təsərrüfatı sahəsində çalışan 1991-ci iltəvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlununidarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidətank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırmaaparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşlarıtəhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsiişarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələdolmadıqları ərazilərə daxil olmamağa çağırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
49
az.trend.az

10Mənbələr