AZ

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə mərkəzdə sertifikasiya imtahanı keçiriləcək

Sabah Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə sertifikasiya imtahanı keçiriləcək.

"Report"un yerli bürosunun məlumatına görə, imtahanlar 21, 22 və 24 iyunda baş tutacaq.

Bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İmtahanlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 1 mərkəzdə - İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbdə keçiriləcək.

Qeyd edək ki, sertifikatlaşma prosesi 2 mərhələdən ibarətdir. Təhsilverənlər 1-ci mərhələdə özlərini test imtahanında sınayacaqlar. Sonra müsahibə mərhələsi olacaq.

Müsahibə mərhələsinin avqustda keçirilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
4
azpolitika.info

5Mənbələr