AZ

Pentaqondan nüvə hazırlığı barədə açıqlama

Birləşmiş Ştatlar hazırda nüvə qüvvələrinin döyüş hazırlığının dəyişdirilməsinə ehtiyac görmür.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

"Hazırda nüvə hazırlığının dəyişməsinə səbəb olacaq əlimizdə heç nə yoxdur", - o deyib.

Xatırladaq ki, mayın 20-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın strateji nüvə qüvvələri hər zaman tam döyüş hazırlığındadır.

Rusiya lideri qeyd edib ki, Rusiya Federasiyası nüvə silahından istifadə həddinin aşağı salınmasının mümkünlüyü ilə bağlı müzakirələr fonunda öz nüvə doktrinasına dəyişikliklər edə bilər.

Dövlət başçısının sözlərinə görə, Rusiya qabaqlayıcı nüvə zərbəsinə arxalanmayacaq, çünki əks zərbə olarsa, düşmənin məhv edilməsinə zəmanət veriləcək.

“The New York Times” yazıb ki, ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri Pekin və Moskva arasında əməkdaşlığın KXDR-in güclü nüvə dövlətinə çevrilməsinə kömək edəcəyindən narahatdırlar.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
redaktor.az

2Mənbələr