AZ

Britaniyanın maliyyə naziri partiyasının seçkilərdə qələbə qazanacağına inanmır

Britaniyanın

London, 20 iyun, AZƏRTAC

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant üzvü olduğu Mühafizəkarlar Partiyasının iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə qazanmasının çox çətin olacağını deyib.

AZƏRTAC xəbər verir ki, Ceremi Hant “Times” qəzetinin tədbirində Mühafizəkarlar Partiyasının seçkidə qalib gəlmə ehtimalı ilə bağlı suala cavab verib. O deyib ki, Mühafizəkarların qələbə qazanması çox çətin olacaq: "Biz, şübhəsiz ki, sorğu-anketlərdəki nəticələrdən daha yaxşısını edə bilərik və bunu etmək üçün çox çalışırıq”,- deyə nazir cavab verib.

Qeyd edək ki, müxtəlif şirkətlərin apardığı anketlərə əsasən Leyboristlər Partiyasının tarixi bir qələbə ilə parlamentdə 422 yer qazanacağı proqnozlaşdırılır. Bununla da partiya 194 mandatlıq çoxluğa sahib olacaq. Bir partiya parlamentdə çoxluğu təmin etmək üçün yalnız 320-dən çox mandat qazanmalıdır. Digər bir sorğu-anketin nəticəsinə əsasən, Baş nazir Rişi Sunak seçkilərdə deputatlıq etdiyi bölgədə rəqibinə məğlub ola bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
azertag.az

3Mənbələr