AZ

Uayt Trampa tərif yağdırdı -“Pulu, gözəl həyatı var, ancaq dayanmır”

UFC-nin rəhbəri Dana Uayt bildirib ki, ABŞ-nin sabiq prezidenti Donald Tramp öz ölkəsinin vətənpərvəri və həyatda qarşılaşdığı ən dəyanətli adamdı:
“O, 1 nömrədi. Bütün zamanların ən yaxşı döyüşçülərindən istənilən birini götürsək, yenə də Tramp 1 nömrə olacaq. O, mənim həyatda gördüyüm ən dəyanətli adamdı. Niyə bunu davam etdirir? Pulu, gözəl həyatı var, ancaq dayanmır. Mənim sizə deyə biləcəyim yeganə söz odu ki, bu adam ölkəsini sevir. Tramp dərisinin rəngindən, dinindən asılı olmayaraq, bütün amerikalıları sevir. İrqçi deyil, Amerikanı sevən bu ölkənin qayğısına qalan gözəl adamdı. Və bu faktdı. O belə adam olmasaydı, heç vaxt əlaqə saxlamazdım”.


Tramp builki prezident seçkisi kampaniyası dövründə tez-tez UFC turnirlərinə və başqa böyük idman tədbirlərinə baş çəkir. Onun UFC prezidenti Dana Uayt ilə çoxdankı dostluq əlaqələri var. Bu münasibətlərin əsası hələ 2000-ci illərin əvvəlində, UFC yenicə populyarlıq qazanmağa başlayanda qoyulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
football-plus.az

1Mənbələr