AZ

"Bunu düzəltməsək, bugünkü kimi əziyyət çəkəcəyik" - Qaret Sautqeyt

style='margin-bottom:10px;'>

“Biz istədiyimiz kimi çıxış etmədik. Topdan kifayət qədər yaxşı istifadə etmirik və qəbul etməliyik ki, bunu düzəltməsək, bugünkü kimi əziyyət çəkəcəyik".

QOL.az xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Danimarkaya qarşı Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

1:1 hesablı bərabərliyi .şərh edən mütəxəssis qeyd edib: "Bilirik ki, daha yüksək səviyyədə oynamalıyıq. Düşünürəm ki, ötürmələrdə daha aktiv olan komandalara qarşı oynamışıq, amma bunu daha yaxşı etməliyik, topa inamlı olmalıyıq”.

Trent Alexander-Arnoldu niyə əvəzlədiyi barədə sualı isə Sautqeyt belə cavablandırıb: “Mən Konor Qallageri istəyirdim. Bizə enerji, daha yaxşı pressinq etmək lazım idi. Connor bunu çox yaxşı edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
teleqraf.com

1Mənbələr