AZ

“Mançester Yunayted” “Real”ın indi olduğu yerdə olmaq istəyir”

“Mançester Yunayted”in sahibi Cim Ratkliff komandanı növbəti səviyyəyə çıxarmaq niyyətindədir.



Komanda.az “BNN Bloomberg”-ə istinadən xəbər verir ki, klub rəhbəri “qırmızı şeytanlar”ın hər cəhətdən inkişaf etmək imkanının olduğunu bildirib:



“Mançester Yunayted”in hər cəhətdən inkişaf etmək imkanı var. Və biz irəliləyəcəyik. “Mançester Yunayted” “Real”ın indi olduğu yerdə olmaq istəyir. Bununla belə, bu, vaxt tələb edir. Düşünürəm ki, biz öz işimizi görə bilərik. Vəziyyəti yaxşılaşdırmaq üçün bizə iki və ya üç transfer pəncərəsi lazımdır”.



İngiltərə Premyer Liqasının son mövsümündə “qırmızı şeytanlar” turnir cədvəlini 8-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərCim Ratkliff mancester yunayted

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
komanda.az

1Mənbələr