AZ

Tanzaniyada 49 vəba aşkar edildi - İki nəfər öldü

Tanzaniyanın cənubunda, "Mtwara" bölgəsindəki Masasi rayonunda keçən həftə 49 vəba hadisəsi qeydə alınıb. Onlardan ikisi ölümlə nəticələnib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Masasi qraflığının komissarı Luteri Kanoninin sözlərinə görə, epidemiya Mbanqala kəndində baş verib.

Tanzaniya Səhiyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvarından bəri 1521 xəstəliyə yoluxma halı qeydə alınıb, onlardan 34-ü ölümlə nəticələnib.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
redaktor.az

1Mənbələr