AZ

Azərbaycanda güclü külək həyatı iflic etdi: Bir çox yer işıqsız qaldı, xəsarət alanlar var

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

"Report"un məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Küləyin ağacları aşırması nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.

22:14

Güclü külək Gədəbəy rayonunun əksər hissəsini işıqsız qoyub.

Bu barədə "Qaynarinfo"ya rayon sakinləri məlumat veriblər.

Bildirilib ki, rayon mərkəzi də daxil olmaqla əksər kəndlər işıqsız qalıb.

Buna səbəb kimi rayona gedən yüksəkgərginlikli elektrik xəttində və kəndlərə gedən elektrik naqillərində yaranan problem olub.

Gəncədə də güclü külək maşınları aşırıb. Üç maşına ziyan dəyib.

18:52

Tovuzun Aşağı Quşçu kəndində güclü külək ağacı aşırıb.

hakimiyyet.az xəbər verir ki, yağışlı və küləkli hava şəraiti səbəbindən Tovuz rayonunda iri gövdəli ağac aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Elektrik naqillərində yaranan problem səbəbindən Tovuzun bəzi kənd və qəsəbələrində elektrik enerjisinin verilişi dayanıb.

Məlumatı hakimiyyet.az-a "Azərişıq" ASC-dən təsdiqləyiblər. Güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Həmin görüntüləri təqdim edirik:

Ağstafa rayonunda da qeyri-sabit hava şəraiti hökm sürür.

Yağan leysan xarakterli yağışlar və güclü külək bir sıra infrastrukturu sıradan çıxarıb.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
hakimiyyet.az

2Mənbələr