AZ

Nigeriyada vəba epidemiyası can almaqda davam edir

Nigeriyada vəba epidemiyası can almaqda davam edir

Nigeriyanın ən sıx məskunlaşdığı əyalətlərindən biri olan Laqosda vəba epidemiyası can almaqda davam edir. Şəhərdə epidemiya nəticəsində həyatını itirənlərin sayı 21-ə yüksəlib.Laqos əyalət qubernatorluğunun sağlamlıq üzrə xüsusi müşaviri Kemi Ogunyemi verdiyi açıqlamada vəba epidemiyasının əyalətdə can almaqda davam etdiyini bildirib.Əyalətdə vəba epidemiyasına yoluxanların sayının 401-ə çatdığını bildirən Ogunyemi, Qurban bayramından sonra yoluxmaların artdığını, epidemiya nəticəsində həyatını itirənlərin sayının isə 21-ə yüksəldiyini qeyd edib.Digər tərəfdən Laqosda artan vəba epidemiyası səbəbilə qonşu Ogun əyalətində bəzi məktəblərdə qırmızı həyəcan siqnalı verilib.Laqos əyalət hökuməti iyunun 13-də əyalətdə 60 vəba xəstəliyinin qeydə alındığını və epidemiya səbəbiylə 5 nəfərin öldüyünü açıqlayıb.Qeyd edək ki, keçən il Nigeriyada 3 mindən çox insan vəbaya yoluxub, 100-dən çox insan isə ölüb.Mənbə: AA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
afn.az

1Mənbələr