AZ

Güclü küləkdə xəsarət alanların sayı bəlli oldu

Qərb bölgəsində müşahidə olunan küləkli havada xəsarət alan şəxslərin ilkin sayı bilinib. 

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, qeyri-sabit hava nəticəsində Ağstafa rayonunda 3, Göygöldə 2,  Mingəçevirdə isə 5 nəfər xəsarət alıb.

Yaralıların bəziləri tibb müəssisələrinə yerləşdirilib, bəzilərinə isə ambulator müalicə yazılıb. Ağstafa rayonunda  xəsarət alan şəxslər 1962-ci il təvəllüdlü İ.Rzayev, 2006-cı il təvəllüdlü E.Əlibalayev və 1948-ci il təvəllüdlü T.Abbasovdur.

Yunis Quliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
5
qafqazinfo.az

6Mənbələr