AZ

"Prime Logistics" işçi axtarır - VAKANSİYA - ƏMƏK HAQQI

Prime Logistics

Baş mühasib

Son tarix 20 iyl 2024 - [email protected]

İş barədə məlumat:

  • DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi;
  • Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması;
  • Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi;
  • Maliyyə aktivlərinin idarə olunması
  • Vergi risklərinin hesablanması
  • Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi
  • Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması
  • Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
  • Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Qeyd edilən sahədə ən az 4 il iş təcrübəsi;
  • Logistika sahəsində iş təcrübəsinin olması üstünlükdür
  • 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
  • Dil bilikləri: azərbaycan dili - əla, rus və ingilis dili üzrə danışıq səviyyəsində biliklər arzuolunandır;
  • Vergi, Əmək və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər;
  • Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
  • Peşəkar Mühasib Sertifikatının olması vacibdir.

İş qrafiki: 5 günlük,

İstirahət günləri: şənbə və bazar;

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/32, Turan Biznes Mərkəzi (GPS - 40.4110613,49.8600953).

Əmək haqqı: 1300-1500 AZN.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində "Baş Mühasib" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
fed.az

1Mənbələr