AZ

BMT ölkələri və şirkətləri İsrailə silah tədarükünü dərhal dayandırmağa çağırıb

BMT ölkələri və şirkətləri İsrailə silah tədarükünü dərhal dayandırmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri 7 oktyabr 2023-cü ildən Qəzza zolağına qarşı intensiv hücumlarını davam etdirən İsrailə silah verən ölkələr və şirkətləri buna dərhal son qoymağa çağırıblar.BMT məruzəçiləri məsələ ilə bağlı yazılı açıqlama veriblər.Bəyanatda İsrailə silah və sursatların verilməsinin insan hüquqlarının və beynəlxalq humanitar hüququn ciddi pozuntusu ola biləcəyi, ölkələr üçün soyqırım da daxil olmaqla beynəlxalq şəriklik riski yarada biləcəyi vurğulanıb və ölkə və şirkətlərə bu transferləri dərhal dayandırmaları təkrar tələb edilib.Bəyanatda xatırladılıb ki, BMT İnsan Haqları Şurası və BMT məruzəçiləri ölkələri İsrailə silah və hərbi texnikanın satışı, ötürülməsi və təhvil verilməsini dayandırmağa çağırıb və müvafiq olaraq İsrailə silah tədarük edən "BAE Systems", "Boeing", "Caterpilla"r, "General Dynamics Lockheed Martin", "Northrop", "Grumman", "Oshkosh", "Rheinmetall AG", "Rolls-Royce Power Systems", "RTX" və "ThyssenKrupp" kimi silah istehsalçılarının mövcud ixrac lisenziyaları altında həyata keçirilsə belə, bu transferləri dayandırması lazım olduğu ifadə edilib.“İsrail ordusuna silah, hissələri və sursat göndərməklə, bu şirkətlər beynəlxalq insan haqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında şərik olmaq riski daşıyırlar”, - bəyanatda deyilir.Bu risk Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) İsrailin Rəfəha hərbi hücumunun dərhal dayandırılması, əsaslı soyqırım riskinin olduğunu qəbul etməsi və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın qərarında öz əksini tapıb.Açıqlamada, bu silah şirkətlərinə sərmayə qoyan maliyyə qurumlarının da məsuliyyətə cəlb oluna biləcəyi bildirilib, Alfried Krupp von Bohlen və Halbach-Stiftung, Amundi Asset Management, Bank of America, BlackRock, Capital Group, Causeway Capital Management, Citigroup, Fidelity Management & Research, INVESCO Ltd, JP Morgan Chase, Harris Associates, Morgan Stanley, Norges Bank Investment Management, Newport Group, Raven's Swing Asset Management, State Farm Mutual Automobile Insurance, State Street Corporation, Union Investment Privatfonds, Vanguard Group, Wellington və Wells Fargo & Company kimi investorlara çağırış edilib.Bəyanatda o da vurğulanıb ki, İsrailə silah embarqosu qoyulması və investorların qəti addımlar atması zərurəti ölkələr və şirkətlər üçün hər zamankindən daha aktualdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
afn.az

3Mənbələr