AZ

Putin: “Ukrayna ilə İstanbul və Minsk danışıqları əsasında dialoqu davam etdirməyə hazırıq” - VİDEO 

“Rusiya Ukrayna tərəfi ilə İstanbul və Minsk danışıqları əsasında dialoqu davam etdirməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti Vladimir Putin Pxenyana səfərinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.

“Ukrayna ilə bağlı danışıqlar hətta sabah da baş tuta bilər, lakin Rusiya indiki mövqeyindən çıxış edəcək. Şərtlərimiz yalnız yerdəki vəziyyətdən asılı olaraq dəyişəcək”, - Putin qeyd edib.

Rusiya lideri bildirib ki, əgər danışıqlar rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması ilə bağlıdırsa, bu, heç vaxt baş verməyəcək:

“Rusiya üçün strateji məğlubiyyət dövlətçiliyin sonu deməkdir və buna görə də biz sona qədər getməyə hazırıq. Rusiya Federasiyasının Xarkova daxil olmaq kimi bir məqsədi yoxdur”.
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
8
bizim.media

10Mənbələr