AZ

Putin Zelenskinin əvəzlənəcəyi tarixi açıqladı

“Qərb 2025-ci ilin birinci yarısında Ukrayna lideri Volodimir Zelenskini əvəz edəcək”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq proqnozla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Rusiya lideri qeyd edib ki, Qərb Zelenskini vaxtı yetişmədiyi üçün hələlik əlində saxlayır:

“Bütün qeyri-populyar qərarlar, o cümlədən çağırış yaşının aşağı salınması onun üzərinə atılacaq, vəssalam. Və sonra onu dəyişdirəcəklər. Düşünürəm ki, bu, gələn ilin birinci yarısında olacaq”.

Putin həmçinin Rusiyanın Ukrayna ilə bağlı sülh təklifləri ilə bağlı Qərbin rəyinin dəyişəcəyini proqnozlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
qafqazinfo.az

2Mənbələr