AZ

“İranın nüvə silahı hazırladığına dair heç bir sübut yoxdur” – Baş direktor

“Beynəlxalq Atom Enerjisi Agentliyində (AEBA) İranda nüvə silahı yaratmaq üçün işlərin getdiyinə dair heç bir sübut yoxdur”.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Agentliyin baş direktoru Rafael Qrossi deyib. "Bizdə İranın paralel olaraq gizli nüvə proqramı hazırlaması barədə heç bir məlumat yoxdur. Bu gün onun mövcudluğuna dair hər hansı dəlilə malik deyilik”, - baş direktor bildirib.

Qrossi, həmçinin qeyd edib ki, İranın bomba yaratmaq üçün lazım olan hər şeyə sahib olduğu barədə bəyanatlar verməsi doğru deyil: “Bu cür ritorik oyunlar qəbuledilməzdir, çünki onlar qorxu yaradır və digər ölkələrin reaksiyasına səbəb ola bilər".

Pərvanə Sultanova






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
525.az

1Mənbələr